Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə regional və beynəlxalq hadisələri ətraflı müzakirə edib. Bu barədə Mirzoyan Dendiasla keçirdiyi mətbuat konfransında məlumat verib.
“Mən həmkarıma Cənubi Qafqazdakı vəziyyəti, o cümlədən Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə son təcavüzünün nəticələrini təqdim etdim”,- deyəMirzoyan bildirib.
Onun sözlərincə, təcavüzkarla təcavüzün hədəfi arasında bərabərləşdirici reaksiyalar yeni cinayətlərə gətirib çıxarır.
“Aydındır ki, təcavüzün nəticələri aradan qaldırılmalı, yəni ilk növbədə Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının suveren ərazisini tərk etməli, erməni hərbi əsirlər geri qaytarılmalı, atəşkəs rejiminə tam əməl edilməlidir.
Eyni zamanda, beynəlxalq ictimaiyyət Azərbaycanın avantürist addımlarının və mümkün yeni təcavüzlərinin qarşısını aydın fəaliyyət və mexanizmlərlə almalıdır”, - deyə Mirzoyan bildirib.