Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 820 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 673 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 282 aktiv xəstə var. Bu günə qədər 9 903 nəfər ölüb.