Qazaxıstanın cənub və cənub-şərqində yerləşən Jambıl və Almatı vilayətlərində sentyabrın 26-dan oktyabrın 8-dək keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv çevik reaksiya qüvvələrinin “Qarşılıqlı fəaliyyət-2022 ", "Axtarış-2022", "Eşelon-2022" təlimləri başlayıb.
Hərbi kontingentlərin hərəkəti zamanı komendantlıq, hava hücumundan müdafiə və hərtərəfli təminat məsələləri işlənəcək.