Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Baş nazir Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı törətdiyi genişmiqyaslı təcavüzə və Ermənistanın suveren ərazilərinin işğalına toxunub.
Paşinyan Azərbaycanın təcavüzü və Azərbaycan birləşmələrinin Ermənistan Respublikasının suveren ərazisindən dərhal çıxarılması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının aydın və məqsədyönlü qiymətləndirmələrinin aparılmasının zəruriliyini vurğulayıb.
Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etməsindən narahatlığını bildirib və regional problemlərin sülh danışıqları yolu ilə həllinin vacibliyini vurğulayıb.
Eyni zamanda Avropa İttifaqı Şurasının Prezidenti dialoq və sülhü təşviq etməyə hazır olduğunu bir daha təsdiqləyib.