ER Baş naziri Nikol Paşinyan BMT Baş katibi Antonio Quterreş ilə görüşüb.
Baş nazir Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı törətdiyi genişmiqyaslı təcavüzə və onun nəticələrinə toxunaraq, Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrin, BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin Azərbaycanın təcavüzü ilə bağlı aydın və məqsədyönlü mövqe ifadə etməsinin əhəmiyyətini vurğulayıb.
Nikol Paşinyan Azərbaycan birləşmələrinin Ermənistanın suveren ərazisindən dərhal çıxarılmasına beynəlxalq ictimaiyyətin adekvat reaksiyasının vacibliyini də qeyd edib. Hökumət başçısı Azərbaycan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, mülki əhalinin və infrastrukturun hədəfə alınması faktlarına da toxunub.
Antonio Quterreş Ermənistan-Azərbaycan sərhədində gərginliyin saxlanması ilə bağlı narahatlığını ifadə edib və regional problemlərin sülh danışıqları yolu ilə həllinin vacibliyini vurğulayıb.