“Mən ölən şəxsin (Məhsa Əmini nəzərdə tutulur - red.) ailəsi ilə əlaqə saxladım və onlara hadisəni araşdırmağa davam edəcəyimizə şəxsən söz verdim”.
Bunu İran Prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, günahkar tərəf varsa, sözsüz hadisə araşdırılmalıdır: “Mən bununla bağlı yekun nəticə çıxarmaq istəmirəm”.