Sentyabrın 22-də NATO Baş katibi Yens Stoltenberq BMT Baş Assambleyası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Baş nazir sentyabrın 13-də Azərbaycanın Ermənistanın suveren ərazisinə etdiyi genişmiqyaslı təcavüzə toxunaraq, 36 yaşayış məntəqəsinin Azərbaycan silahlı qüvvələrinin hədəfində olduğunu, bunun nəticəsində Ermənistan tərəfinin də itki verdiyini və dinc sakinlərin yaralandığını vurğulayıb.
Nikol Paşinyan beynəlxalq ictimaiyyətin Azərbaycanın hərəkətlərinin pislənməsinə, Azərbaycan birləşmələrinin Ermənistan Respublikasının suveren ərazisindən dərhal çıxarılmasına adekvat reaksiya verməsinin vacibliyini qeyd edib.
NATO-nun Baş katibi qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrdən son dərəcə narahatdır. Yens Stoltenberq regional problemlərin danışıqlar yolu ilə həllinin və bu istiqamətdə ardıcıl səylərin, o cümlədən beynəlxalq tərəfdaşların dəstəyi ilə göstərilən səylərin zəruriliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.