Sentyabrın 23-də Rusiya Fedrrasiyasının Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə birgə operativ iclas keçirəcək.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib. Rusiya dövlət başçısı ölkədə qismən səfərbərlik elan olunduqdan sonra ilk dəfə belə bir iclas keçirəcək.
Kremlin sözçüsü iclasın günorta saatlarında keçiriləcəyini deyib.