Rəsmi Yerevan Baş nazir Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçiriləcəyini istisna etmir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan “Armenpress”-ə bildirib.
“Praqada keçirilən tədbir zamanı Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna edilmir. Eyni zamanda, hazırda belə bir görüş təsdiqlənməyib”, - deyə Hunanyan bildirib.