Ermənistan Respublikasının Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana Müstəqillik Günü münasibətilə xalqa təbrik məktubu göndərib.
“Biz bundan sonra da erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləyəcəyik.
Sentyabrın 21-də biz erməni xalqı ilə birlikdə Sizin demokratiyaya sadiqliyinizi , ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluğu qeyd edirik.
Son hərbi əməliyyatlar Ermənistanın firavan və sülhsevər gələcəyə baxa bilməsi, o cümlədən qonşuları ilə münasibətlərin normallaşdırılması üçün diplomatiyamızı ikiqat artırmağın zəruriliyini vurğulayır.
Son hücumların qurbanları üçün başsağlığı veririk. Biz regionda daha böyük sabitliyin bərqərar edilməsi səylərinə verdiyiniz dəstəyi yüksək qiymətləndiririk. Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla, münaqişənin sülh yolu ilə həllini dəstəkləmək üçün sizinlə və digər tərəflərlə işləməyə sadiq qalırıq.
Bu il yenilənmiş ABŞ-Ermənistan Strateji Dialoqumuz ikitərəfli əlaqələrin gücləndirilməsinə dair ümumi öhdəliyimizi bir daha təsdiqlədi və ABŞ-ın Ermənistanın demokratik xəttinə dəstəyini vurğuladı.
Korrupsiyaya qarşı mübarizə, hesabatlı institutların inkişafı, qanunun aliliyinin gücləndirilməsi və insan hüquqlarına hörmətin gücləndirilməsi istiqamətində fəaliyyətinizi davam etdirdiyiniz zaman ABŞ Ermənistanın yanındadır.
Son bir ildə birgə işimiz xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə davam edib. Bütün erməni xalqına təhlükəsiz və dinc Müstəqillik Günü arzulayıram”.