İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib ki, Tehran regionun sərhədlərinin dəyişdirilməsinə dözməyəcək.
“Biz Ermənistan və Azərbaycana mövcud problemləri sülh yolu ilə həll etməyi tövsiyə edirik. Biz qarşıdurmalara və müharibələrə başlamaq fikrində deyilik, lakin susmaq fikrində də deyilik”, - deyə o bildirib.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi də ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırış edib.
“Beynəlxalqcasına tanınmış sərhədlərin hər hansı pozulması yolverilməzdir və beynəlxalq hüququn prinsiplərinə ziddir. Cənubi Qafqazda baş verən son hadisələr regionun incə balansını və təhlükəsizliyini pozub. Ona görə də qonşuluq prinsiplərini qorumağa çağırırıq”, - iranlı deputatların bəyanatında deyilir.