Rusiya Lin Treysinin ABŞ səfiri təyin olunmasına razılıq verib. Bu barədə Rusiya XİN-dən bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Dövlət Departamentinin əməkdaşı, Ermənistandakı diplomatik missiyaya rəhbərlik edən Lin Treysinin Rusiyadakı səfir vəzifəsinə namizədliyini irəli sürüb.
Lin Treysi tarixdə bu vəzifəni tutan ilk qadın olacaq. O, rus dilini bilir və artıq Moskvada - 2014-2017-ci illərdə diplomatik missiya rəhbərinin müavini vəzifəsində çalışıb.
2012-2014-cü illərdə Treysi Dövlət Katibinin Mərkəzi Asiya üzrə köməkçisinin müavini, 2010-2011-ci illərdə isə Türkmənistanda missiya rəhbərinin müavini vəzifəsində çalışıb.