Sentyabrın 22-də KTMT-nin baş katibi Stanislav Zas Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryanla görüşüb.
Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
“Ermənistanın sərhədyanı rayonlarının bəzi hissələrindəki vəziyyətlə bağlı hərtərəfli müzakirə aparılıb. Hazırkı vəziyyətdə təşkilatın gələcək mümkün tədbirləri müzakirə olunub”, - məlumatda qeyd olunub.