ER-nin İnsan Haqları Müdafiəçisi (Ombudsman) Kristinne Qriqoryan Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorini və səfirliyin nümayəndələrini qəbul edib.
Səfir bu günlərdə görülən işlərə görə Müdafiəçi Qriqoryana və Müdafiəçinin heyətinə xüsusi təşəkkürünü bildirib.
Kristinne Qriqoryan səfirə İnsan Hüquqları Müdafiəçisinin sentyabrın 16-da dərc etdiyi hesabatda və hesabatın qapalı hissəsində əks olunan faktları təqdim edib: Azərbaycan hücumu nəticəsində mülki əhaliyə və mülki infrastrukturlara, ətraf mühitə dəymiş ziyan və beynəlxalq humanitar hüquqla qadağan edilən digər hərəkətlər.
Qriqoryan Azərbaycan hərbçilərinin erməni hərbi əsirlərə və həlak olmuş hərbçilərə qarşı törətdikləri cinayətlərdən danışıb.
Müdafiəçinin sözlərinə görə, hesabat dərc olunandan sonra faktaraşdırma işləri davam edir. Sentyabrın 17-də Ombudsmanın qrupları Geğarkunik, Vayots Dzor və Syunik bölgələrində azərbaycanlıların hücumundan zərər çəkmiş yaşayış məntəqələrinə baş çəkiblər.
Müdafiəçi görüş zamanı deyib: “İlk növbədə, Azərbaycanın hücumundan zərər çəkmiş insanlarla görüşüb söhbət etmək bizim üçün vacibdir”.
Səfir daha əvvəl göndərilən faktların və hesabatların toplanmasına görə Ombudsmana təşəkkürünü bildirib, sonra qeyd edib. “Bəli, bu faktdır, bu təsdiqlənib deyə bilmək üçün əsaslandırılmış məlumatların olması çox vacibdir”.
Müdafiəçi beynəlxalq tərəfdaşlarla aparılan işləri xüsusi vurğulayaraq, səfir Andrea Viktorinə və səfirliyin nümayəndələrinə minnətdarlığını bildirib.
Görüşün sonunda əməkdaşlıq nəticəsində azərbaycanlıların hücumlarından zərər çəkmiş insanlara necə kömək edə biləcəklərini müzakirə ediblər.