Sentyabrın 20-21-də ABŞ Konqresinin Erməni Məsələləri üzrə Komitəsi Artsax xarici işlər naziri Davit Babayanın bir qrup ABŞ konqresmenləri və senatorları ilə görüşlərini təşkil edib.
Bu barədə Artsax Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşlər zamanı Artsaxın xarici siyasəti, sosial-iqtisadi inkişafı və ikitərəfli əlaqələri ilə bağlı məsələlər müzakirə olunub.
Nazir Babayan səmimi qəbula görə minnətdarlığını bildirib və qeyd edib ki, ABŞ Konqresinin Erməni Məsələləri üzrə Komitəsi ilə sıx əlaqələr gələcəkdə də davamlı və səmərəli olacaq.