ABŞ-ın Nyu-York şəhərində Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyada səfərbərlik fonunda təcili iclas keçirəcək.
BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Aİ-nin xarici işlər nazirlərini növbədənkənar və xüsusi iclasa çağırıb.
Jurnalistlərlə söhbətində Borrell görüşdə birgə xətt hazırlamaq niyyətində olduqlarını bildirib.