Sentyabrın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.
Ararat Mirzoyan həmkarına Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə qarşı törətdiyi təcavüzün təfərrüatlarını təqdim edərək, qeyd edib ki, Azərbaycan silahlı qüvvələri tərəfindən mülki əhalinin və infrastrukturun qəsdən hədəfə alınması, erməni hərbçilərə və hərbi əsirlərə qarşı qeyri-insani rəftar və işgəncə halları qəbuledilməzdir.
ER xarici işlər naziri qeyd edib ki, Azərbaycanın bu cür hərəkətləri beynəlxalq hüququn fundamental normalarına və Avropa Şurası çərçivəsində üzv dövlətlərin üzərinə götürdüyü öhdəliklərə açıq hörmətsizlikdir.
Erməni tərəfi Ermənistan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasının, Azərbaycan qoşunlarının öz ilkin mövqelərinə qaytarılmasının, erməni hərbi əsirlərin dərhal vətənə qaytarılmasının, eləcə də regionda sabitliyin və sülhün bərqərar edilməsinin zəruriliyini vurğulayıb. .
Ararat Mirzoyan beynəlxalq təşkilatların Dağlıq Qarabağa maneəsiz girişinin təmin edilməsinin vacibliyini vurğulayıb. Nazir həmçinin ümid etdiyini bildirib ki, Avropa Şurası Artsax xalqının fundamental hüquqlarının müdafiəsində daha qəti və ardıcıl olacaqdır.