Ermənistan Respublikasının Müstəqillik Günü münasibətilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyana təbrik məktubu göndərib. Məktubda qeyd olunur:
“Hörmətli Nikol Vovayeviç,
Ermənistan Respublikasının milli bayramı olan Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Biz Ermənistanla dostluq və müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etməsi, Aİİ, KTMT, MDB və digər çoxtərəfli strukturlar çərçivəsində səyləri əlaqələndirməsi vacibdir.
Əminəm ki, konstruktiv ikitərəfli əlaqələrin gələcək inkişafı rus və erməni xalqlarının əsas maraqlarına cavab verir və 2020-ci və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyannamələrin ardıcıl həyata keçirilməsi Zaqafqaziyada uzunmüddətli sülh və təhlükəsizliyin təmin edilməsi üçün yaxşı əsasdır.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, dövlət fəaliyyətinizdə uğurlar, qardaş Ermənistanın bütün vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıram”.