Azərbaycanda son sutkada koronavirus infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 363 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Azərbaycanda indiyədək ümumilikdə 820 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 725 nəfər müalicə olunaraq sağalıb, 9 897 nəfər ölüb, aktiv xəstə sayı 1 476 nəfərdir.
Ölkədə son sutka ərzində 4 123, hazırkı dövrədək isə 7 225 530 test aparılıb.