Fransa prezidenti Emmanuel Makron Ermənistan Respublikasının Prezidenti Vahagn Xaçaturyanı ER Müstəqillik Günü münasibətilə təbrik edib.
Məktubda qeyd olunur ki, iki ölkə arasında dostluq qədim və möhkəmdir.
“Biz bütün sahələrdə nümunəvi əməkdaşlığı inkişaf etdiririk, xüsusən, qəbul etdiyimiz ikitərəfli iqtisadi yol xəritəsini və martın 9-da Parisdə keçirilən “İmkanlar: Fransa-Ermənistan” tədbirini nəzərdə tuturam.
Fransa regionunuzda sabitlik, sülh və rifah naminə fəaliyyətini davam etdirmək əzmindədir.
Fransa Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir.
Fransa Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa İttifaqının səylərini dəstəkləyir. Bu baxımdan xalqlarımızın rifahı naminə mənim şəxsi öhdəliyimə arxalana bilərsiniz.