ER Baş naziri Nikol Paşinyan Ermənistan Respublikasının Prezidenti Vahagn Xaçaturyan, Parlamentin sədri Alen Simonyan və yüksək hakimiyyət orqanlarının nümayəndələri ilə Ermənistan Respublikasının müstəqilliyinin 31-ci ildönümü münasibətilə “Yerablur” hərbi panteonunda olub.
Baş nazir Vətən uğrunda həlak olanların xatirəsinə həsr edilmiş abidə kompleksinin önünə əklil qoyub.