Sentyabrın 20-də Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təşkil etdiyi “Demokratiyanın nəticələri” adlı tədbirdə iştirak edib. Tərdbirdə bir sıra dövlət başçıları və yüksək vəzifəli rəsmilər, ABŞ dövlət katibi Entoni Blinken də iştirak etdi.
Ararat Mirzoyan öz çıxışında qeyd edib ki, son illər erməni xalqı azad və ədalətli seçkilər yolu ilə iki dəfə demokratiyaya səs verib.
Ermənistan Respublikasının xarici işlər naziri qeyd edib ki, Ermənistanda demokratik islahatlar geniş miqyasda aparılır, qanunun aliliyi təmin edilir, insan hüquqları və əsas azadlıqlar qorunur, korrupsiyaya qarşı mübarizə isə hökumətin prioritetlərindəndir.
Mirzoyan beynəlxalq ictimaiyyəti Ermənistana qarşı təcavüzü pisləməyə və qarşısını almağa, erməni demokratiyasını dəstəkləməyə çağırıb.