ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ER Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
“ABŞ səfirliyi və Birləşmiş Ştatların adından Müstəqillik Günü münasibətilə Ermənistan xalqına ən xoş arzularımı göndərirəm. Bu çətin zamanda keçən həftə baş verən hücumlar zamanı itkilər ilə əlaqədar başsağlığı verirəm
Birləşmiş Ştatlar Ermənistanın suverenliyinə sadiqdir və biz ümumi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində səylərimizi davam etdirəcəyik. Mən erməni xalqının gücünü və dözümünü, öz gələcəyini qurmaq öhdəliyini alqışlayıram”,- səfir qeyd etdi.