Avropa Parlamentinin üzvü Çintsia Bonfrisko Azərbaycanın törətdiyi təcavüzü və bununla bağlı beynəlxalq sükutu pisləyib.
“Azərbaycanın Ermənistana qarşı təcavüzü ilə bağlı Avropanın susqunluğu bu günlərdə atəşkəs əldə edildikdən sonra toqquşmalar zamanı baş verənlərin şərikinə çevrilməməlidir.
Cəbhə bölgəsindən bizə erməni qadın hərbçilərə qarşı zorakılıq və işgəncə ilə bağlı ağır hərbi cinayətlərin şahidlikləri, video və görüntülər gəlir. Bunlar qurumlarımızın istintaq komissiyaları tərəfindən dərhal yoxlanılmalıdır.
Biz beynəlxalq hüququn ciddi şəkildə pozulmasının şahidiyik. Nensi Pelosinin Ermənistana, Soyqırım Memorialına səfəri bizə aydın şəkildə göstərir ki, bu işdə də həqiqəti söyləmək üçün cəsarət lazımdır.Avropa Birliyi bundan dərs almalıdır.
Bu münaqişə uzun müddətdir ki, davam edir və bu gün Azərbaycanın yeni hücumunun qarşısını almaq üçün ilkin şərtlər yoxdur”,- deputat qeyd etdi.