“İran regionun sərhədlərinin dəyişdirilməsi xəyalını kabusa çevirəcək”. ParsTodey yazır ki, bunu İran Parlamentinin Milli təhlükəsizlik və Xarici siyasət üzrə komitəsinin rəhbəri deyib.
Televiziyaya verdiyi müsahibədə Vahid Cəlalzadə Azərbaycan və Ermənistan sərhədlərində baş verən son hadisələrdən narahatlığını bildirib və deyib: “İslam Parlamentinin Milli təhlükəsizlik komitəsi son hadisələri araşdırır”.
O, Tehranın müstəqillik əldə etdikləri ilk günlərdən Azərbaycan, Ermənistan, Türkmənistan və digər sovet respublikalarının yanında olduğunu və bu ölkələrin hökumətlərinə müxtəlif yardımlar göstərdiyini bildirərək əlavə edib: “İran regionun sərhədlərinin dəyişdirilməsinin qarşısını alacaqdır”.
İran rəsmiləri də bundan əvvəl regionun sərhədlərinin dəyişdirilməsinin ağır nəticələri və İranın sərt mövqeyi barədə xəbərdarlıq edərək, bunun Tehranın qırmızı xətti olduğunu bildiriblər.