Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində görüşüblər.
Bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq, ticari-iqtisadi əlaqələr, dünyada və Qafqaz regionunda təhlükəsizlik mühiti məsələləri müzakirə olunub.