Qoşunların geri çəkilmə və diplomatların danışıqlar masasına qayıtma vaxtıdır. Bunu ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşdə bildirib.
“Bu gün mən Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla birbaşa danışıqlar apardım. Görüş zamanı da dediyim kimi, qoşunların geri çəkilmə və diplomatların danışıqlar masasına geri qayıtma vaxtıdır”,- Blinken yazdı.