Sentyabrın 19-da Nyu-Yorkda ER xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.
XİN başçısı həmsöhbətinə Azərbaycanın Ermənistanın suveren ərazisinə etdiyi təcavüzün təfərrüatlarını təqdim edərək, qeyd edib ki, bu təcavüz mülki əhalinin və mülki infrastrukturun qəsdən hədəfə alınması, erməni hərbçilərə və hərbi əsirlərə qarşı vəhşiliklər və işgəncələrlə müşayiət olunub.
Nazir Mirzoyan qeyd edib ki, Azərbaycan tərəfindən həyata keçirilən təcavüz beynəlxalq humanitar hüququn fundamental müddəalarını, BMT Nizamnaməsini və Helsinki Yekun Aktını kobud şəkildə pozur.
Ararat Mirzoyan Azərbaycanın güc tətbiq etməklə öz ambisiyalarına nail olmaq davranışını qətiyyətlə pisləyib və Azərbaycanın təcavüzü ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in aydın və məqsədyönlü reaksiyasının vacibliyini, eləcə də təşkilat daxilində müvafiq mexanizmlərin təcili aktivləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinə, Dağlıq Qarabağ probleminin həllinə toxunaraq, münaqişənin uzunmüddətli və hərtərəfli həllində ATƏT-in Minsk Qrupunun həmsədrinin rolunun əhəmiyyəti vurğulanıb.
Nazir Mirzoyan 44 günlük müharibənin yaratdığı humanitar problemlərə toxunaraq, erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin dərhal vətənə qaytarılmasının vacibliyini qeyd edib.
ATƏT çərçivəsində Ermənistanla əməkdaşlıq proqramları da müzakirə olunub.