Sentyabrın 19-da ER-nin Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə ER Təhlükəsizlik Şurasının iclası keçirilib və orada aşağıdakı bəyanat qəbul edilib.
“2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan silahlı qüvvələri iriçaplı silahlardan, artilleriyadan, raket sistemlərindən və pilotsuz uçuş aparatlarından istifadə etməklə Ermənistan Respublikasının suveren ərazisinə genişmiqyaslı təcavüzə başlayıb.
Təcavüz nəticəsində həlak olan və itkin düşənlərin sayı 207-yə çatır, onlardan 3-ü mülki şəxs həlak olub, 2 mülki şəxsin yeri məlum deyil, 293 hərbçi, 3 mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb.
Əsir düşmüş və ya öldürülmüş erməni hərbçilərinin azərbaycanlılar tərəfindən işgəncələrə məruz qalması, şikəst edilməsi və beləliklə də qanunsuz öldürülməsi hallarına dair sübutlar mövcuddur.
Azərbaycan silahlı qüvvələri tərəfindən Goris, Sisian, Kapan, Cermuk, Vardenis, Teğ, Geğamasar icmaları da daxil olmaqla 36 yaşayış, məntəqəsi hədəfə alınıb, nəticədə 192 ev, 3 mehmanxana, 2 məktəb, 1 tibb müəssisəsi, 1 ziyafət zalı, 4 mal-qara sahəsi qismən və ya tamamilə dağıdılıb. 7 elektrik infrastrukturuna, 5 su infrastrukturuna, 3 qaz xəttinə, 1 körpüyə, 2 magistral yola, 1 küçəyə ziyan dəyib. 2 təcili yardım maşını, 4 şəxsi avtomobil hədəfə alınıb.
Azərbaycan silahlı qüvvələri bir neçə istiqamətdə Ermənistan Respublikasının suveren ərazisinə daxil olub. Ermənistan silahlı qüvvələrinin israrlı və qəhrəmancasına müqaviməti və beynəlxalq ictimaiyyətin müdaxiləsi nəticəsində Azərbaycanın hücumu dayandırılıb, lakin hərbi-siyasi vəziyyət gərgin olaraq qalır.
Azərbaycanın həyata keçirdiyi təcavüzkar siyasət regionda sülhün bərqərar olmasına, regional kommunikasiyaların açılmasına, Dağlıq Qarabağ probleminin hərtərəfli həllinə yönəlmiş səylərin dayandırılmasına və Ermənistan Respublikasının üzərinə güc yolu ilə həll yollarının tapşırılmasına yönəlib.
Ermənistan Respublikası sülhün bərqərar olması və regional kommunikasiyaların açılması gündəliyini qəbul edərək, Azərbaycanın həyata keçirdiyi təhdid və məcburetmə siyasətini qəbuledilməz hesab edir.
Təhlükəsizlik Şurası bəyan edir ki, Ermənistan Respublikası öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü bütün mümkün vasitələrlə qoruyacaq. Azərbaycan qoşunları Ermənistanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
Biz beynəlxalq ictimaiyyəti Ermənistan Respublikasının suveren ərazilərinin işğalına son qoyması və qoşunların çıxarılması üçün Azərbaycana davamlı təzyiq göstərməyə çağırırıq və aydın mövqe tutan bütün ölkələri və təşkilatları alqışlayırıq.
Eyni zamanda, biz Ermənistan Respublikasının beynəlxalq birliyin məsul üzvünün öhdəliyinə əməl etmək öhdəliyini bir daha təsdiqləyirik”.