Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nikol Paşinyan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini yüksək qiymətləndirdi və ABŞ tərəfindən Erməni Soyqrımının tanınmasında göstərdiyi səylərə görə təşəkkür etdi.
“Azərbaycanın Ermənistana qarşı təcavüzü ilə bağlı ABŞ-ın aydın mövqeyini yüksək qiymətləndiririk. Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurası mövcud vəziyyəti müzakirə edib və biz ümid edirik və bizim mövqeyimiz ondan ibarətdir ki, bu vəziyyət BMT Təhlükəsizlik Şurasının gündəliyində qalmalıdır”,- deyə Paşinyan qeyd etdi.
Tərəflər Ermənistan-Amerika tərəfdaşlığı, müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin geniş spektrini müzakirə ediblər.
Nensi Pelosi Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı təzavüzünə və Azərbaycan bölmələrinin Ermənistan suveren ərazisindən dərhal çıxmasına toxunub.
“Erməni Soyqrımının tanınması ilə bağlı qətnamə, Dağlıq Qarabağ məsələsində Türkiyəyə qarşı müqaviməti məsələsində və digər məsələlərdə Ermənistanın dostuyuq”,- deyə Pelosi qeyd etdi.