Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bayramov Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının plenar sessiyasında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.