Amerika tərəfinin təşəbbüsü ilə sentyabrın 18-də ABŞ dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti arasında telefon danışığı baş tutub. Bu barədə ABŞ Dövlət Katibliyi məlumat yaydı.
Blinken Əliyevi atəşkəs rejimini qorumağa və Yevan və Bakı arasında həll olunmamış məsələləri danışıqlar yolu ilə həll etməyə çağırıb.
“Dövlət katibi Ermənistan və Azərbaycan arasında son hərbi əməliyyatların dayandırılmasını alqışlayıb. O prezident Əliyevi atəşkəsi qorumağa, qüvvələri çəkməyə və Ermənistan-Azərbvaycan arasında həll olunmamış məsələləri danışıqlar yolu ilə nizamlanması istiqamətində çalışmağa çaöırıb”,- bəyanatda qeyd etdi.