Artsax Respublikasının xarici işlər naziri Davit Babayanın Amerika Birləşmiş Ştatlarına səfəri davam edir. Davit Babayan sentyabrın 18-də Vaşinqtonda erməni kilsələrində olub və dini mərasimlərdə iştirak edib.
XİN başçısı yerli erməni icmasının nümayəndələri ilə görüşüb, Artsaxın bu günü və gələcəyi, ümumerməni birliyi ilə bağlı məsələlərdən danışıb.
Davit Babayan dövlət quruculuğunda, Vətən-Diaspora əlaqələrinin möhkəmləndirilməsində və diasporda milli kimliyin qorunub saxlanmasında Erməni Apostol Kilsəsinin rolunu bir daha vurğuladı.