Bu gün burada olmaq mənim üçün şərəfdir. Bu gün Ermənistandayam. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Yerevanda çıxışı zamanı bildirdi.
“Biz çox məhsuldar görüş keçirdik, biz öz öhdəliyimizi, ABŞ Konqresinin Ermənistanda və regionda təhlükəsizlik, iqtisadi, demokratik məsələlər üzərində işləmək öhdəliyimizi bir daha təsdiqlədil. Amerika Birləşmiş Ştatlarının Konqresi Erməni Soyqırımının tanınmasında aparıcı rol oynadı.
Biz Konqresdə bu məsələ üzərində uzun müddət işlədik. Biz prezident Baydenə həmin qanunu imzaladığına görə minnətdarıq və onun Ermənistanın baş nazirini bu il Demokratiya Sammitində iştirak etməyə dəvət etdiyinə görə minnətdarıq”,- spiker qeyd etdi.