Bir az əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri xanım Pelosi ilə görüşümüz başa çatdı, biz regional məsələləri, geniş spektrli ikitərəfli qarşılıqlı əlaqələri müzakirə etdik. Bu barədə ER Parlamentinin sədri Alen Simonyan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə birgə bəyanatı zamanı bildirib.
Alen Simonyanın sözlərincə, xanım Pelosinin Ermənistana səfəri son dərəcə vacibdir. O bildirib ki, görüş zamanı tərəflər Azərbaycanın sentyabrın 13-də Ermənistanın suveren ərazisinə hərbi təcavüzü barədə danışıblar.
“Mən məlumat vermişəm ki, Azərbaycan silahlı qüvvələri tərəfindən təkcə Ermənistanın sərhəd mövqeləri deyil, bir çox yaşayış məntəqələri və mülki infrastruktur da şiddətli bombardmanlara məruz qalıb, nəticədə çoxlu sayda insan tələfatı olub.
Aydındır ki, Azərbaycanın hərbi-siyasi rəbərliyi beynəlxalq ictimaiyyətin diqqətinin Ukraynada baş verənlərə yönəlməsindən istifadə edir.
Sentyabrın 14-də kövrək atəşkəs razılığına vasitəçilik etmək səylərinə görə ABŞ-a minnətdarıq. Biz həmçinin ABŞ hökumətinə, xüsusən də bir çox konqresmenlərə Azərbaycanın müharibə əməliyyatlarına ünvanlı qiymət verdiyinə görə minnətdarıq.
Görüşdə mən Ermənistan Respublikası tərəfindən 2018-ci ildə Məxməri inqilabdan sonra demokratik təsisatların və qanunun aliliyinin gücləndirilməsi istiqamətində ardıcıl irəliləyişi və atılacaq addımları təqdim etmişəm.
Biz Ermənistan-Amerika parlamentlərarası əlaqələrinin inkişafına toxunmuşuq və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmişik. Bu kontekstdə mən Konqresin erməni məsələləri üzrə komitəsinin fəaliyyətini və onun ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əsas rolunu yüksək qiymətləndirmişəm.
ABŞ Konqresi davamlı olaraq sübut edib ki, etibarlı tərəfdaşdır və Ermənistan, Artsax və erməni xalqı ilə bağlı bir çox məsələlərin qarşılıqlı anlaşma və əsl dostluq mühitində müzakirə oluna biləcəyi mühüm platformadır.
Biz regional məsələləri, eləcə də ikitərəfli əməkdaşlıqla bağlı digər məsələləri də müzakirə etmişik.
Hər ikimiz demokratik dəyərlərə yönəlmiş birgə gündəliyin davamlı olaraq genişləndirilməsinin vacibliyini vurğulamışıq”, - deyə Simonyan bildirib.