ER Parlamentinin sədrinin dəvəti ilə bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistana səfəri gözlənilir. Nensi Pelosi Yerrevanda baş nazir Nikol Paşinyan və digər hökumət nümayəndələri ilə görüşəcək.
Bu günlərdə o, Berlindədir və orada mətbuat konfransı zamanı Pelosi Erməni Soyqırımına toxunaraq Birləşmiş Ştatların 100 il əvvəl baş vermiş bu cinayəti tanımasından qürur duyduğunu vurğulayıb.