Biz artıq insan hüquqlarının pozulması və hərbi cinayətlər, habelə mülki obyektlərə ziyan vurması və beynəlxalq humanitar hüququn pozulması halları ilə bağlı bütün müvafiq və səlahiyyətli orqanlarla fəal işləyirik.
Bu barədə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyan hökumətin iclasında bildirib.
“Artıq son iki gündə Avropa Məhkəməsinə bir neçə əlavə ərizə, həmçinin müvəqqəti tədbirlər tələbi ilə müraciət etmişik və artıq cavablar almışıq. Söz əsirlərin hüquqlarının təmin edilməsindən gedir.
Daha geniş zərərin sübutlarının qalan hissəsi hazırda toplanır və biz onları müxtəlif beynəlxalq məhkəmə proseslərimizin bir hissəsi kimi təqdim edəcəyik”,-deyə o vurğuladı.