Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emanuel Makron arasında telefon danışığı olub.
Baş nazir Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü nəticəsində yaranmış vəziyyətin təfərrüatlarını təqdim edib. Nikol Paşinyan qeyd edib ki, sərhəddə nisbətən sakit olmasına baxmayaraq, vəziyyət çox gərgin olaraq qalır.
Emmanuel Makron dialoq və sülhü təşviq etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Tərəflər Ermənistan Respublikasının BMT Təhlükəsizlik Şurasına müraciəti ilə bağlı müzakirələrə də toxunublar. Baş nazir Paşinyan beynəlxalq ictimaiyyətin baş verənlərə adekvat reaksiya verməsinin vacibliyini vurğulayıb.