Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Tərəflər Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə toxunublar. Nikol Paşinyan vurğulayıb ki, hazırda sərhəddə vəziyyətin nisbətən sakit olunmasına baxmayaraq, Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü nəticəsində vəziyyət çox gərgin olaraq qalır.
Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası məsələlərini müzakirə ediblər.