ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftə sonunda Azərbaycanla ölümcül müharibədə olan ölkəyə dəstək nümayişi olaraq Ermənistana səfər edəcək. Bunu səfərlə tanış olan iki nəfər POLITICO-ya bildiriblər.
Pelosi Konqresin nümayəndəsi Ceki Şpeyerin (Kaliforniya) müşayiəti ilə Ermənistana səfər edəcək.
Onun Yerevanda baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşəcəyi planlaşdırılır.