KTMT missiyasının operativ qrupunun Ermənistana səfəri çərçivəsində qurumun birgə qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov RF-nın Federal Təhlükəsizlik Xidmətinin Ermənistan Respublikasındakı Sərhəd Mühafizə İdarəsində olub.
“Sərhəddə də xidməti yerinə yetirən və Ermənistan Respublikasının dövlət sərhədinin ayrı-ayrı hissələrinin mühafizəsində iştirak edən sərhədçilərimizdən vəziyyətə baxış və baş verənlər barədə operativ məlumat aldıq”- deyə Rusiya Federasiyası FTX-nin Ermənistandakı Sərhəd Mühafizə İdarəsinin rəisi, general-mayor Roman Qolubitski ilə işçi görüşündən sonra Sidarov qeyd edib.