Sentyabrın 15-də Fransanın sədrliyi ilə Ermənistanın müraciətinə əsasən BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib.
İclasda Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı törətdiyi son genişmiqyaslı təcavüzü və onun nəticələrini təqdim edərək, Təhlükəsizlik Şurası üzvlərinin diqqətini Azərbaycan tərəfindən beynəlxalq hüququnun pozulması və mövcud razılaşmalar üzrə öhdəliklərinin kobud şəkildə pozulmasına yönəldib.
Bu baxımdan Ermənistanın nümayəndəsi Ermənistan ərazisinin işöalına, Goris, Kapan, Cermuk, Vardenis və Sotk daxil olmaqla mülki yaşayış məntəqələrinin ağır silahlardan atəşə tutulmasına toxundu. Bu, çoxlu itki və dağıntılara, eləcə də Azərbaycan tərəfindən beynəlxalq humanitar hüququ kobud şəkildə pozulması ilə erməni hərbçilərinin götürülməsinə səbəb oldu.
Mher Margaryan qeyd etdi ki, Azərbaycan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı və beynəlxalq hüququ pozaraq 2021-ci ilin may ayından bəri Ermənistanın suveren ərazilərinə qarşı güc tətbiq etdi. Qeyd olunub ki, son hücumlar nümayiş göstərir ki, məsuliyyət daşımaq üçün lazımi tədbirlər olmayanda, təcavüzkar siyasət davam edə və daha da genişləyə bilər.
Ermənistanın daimi nümayəndəsi qeyd etdi ki, Azərbaycan regionda sülhün bərqərar olması üçün müxtəlif formatlarda göstərilən səylərə baxmayaraq bu təcavüzü törətd. Azərbaycan həmçinin bu təcavüzü davam edən danışıqlar fonunda törətdi.
Səfir Marqaryan Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı mandatını yerinə yetirməsinin vacibliyini vurğuladı və üzv ölkələrinə müraciət edərək Ermənistanın suveren ərazisinə qarşı Azərbaycanın təcavüzünün pislənməsinə, Azərbaycan qoşunlarının Ermənistan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması və növbəti təcavüz aktlarından çəkinməsinin tələb edilməsi, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və üçtərəfli bəyanatlar üzrə öhdəliklərinin tam qorunmasına, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində bütün məsələlərin ünvanlanmasına, o cümlədən status məsələsinin həllinə cəlb olunmasıa, bütün erməni hərbi əsirlərin dərhal azad edilməsinə əhəmiyyət verib.