AİHM-in 39-cu maddəsi ilə bağlı Məhkəmə sentyabrın 16-da qərar qəbul edib. Bu barədə ER-nın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsinin “Facebook” səhifəsində deyilir.
“1.Dinc yaşayış məntəqələrin hədəfə alınmasının qadağan edilməsi tələbi ilə bağlı AİHM qeyd edib ki, 29 sentyabr 2020-ci il tarixli qərar qüvvədədir və bu işlərə şamil edilir (2020-ci il qərarında tərəflər Konvensiyanın tələblərinə, həmçinin əsirlərlə bağlı riayət etməyə çağırılır). AİHM öz qərarında qeyd edib ki, istənilən kənarlaşma bu yanaşmanın dəyişməsinə səbəb ola bilər.
2.Əsirlərin videolarına gəlincə, AİHM sentyabrın 13-də müəyyən edilmiş 1 əsir və videolarda görünən qalan müəyyən edilməmiş əsirlərlə (yeri, saxlanma şəraiti, sağlamlıq vəziyyəti haqqında) Azərbaycan tərəfinə sorğu göndərərək, sentyabrın 22-dəkr vaxt verib.
Biz tərəfdaş strukturlarla erməni hərbi əsirlərin şəxsiyyətinin müəyyən edilməsi işini davam etdiririk, onun nəticələrini mütəmadi olaraq Avropa Məhkəməsinə göndərdiyimiz ərizələrimizə əlavə edirik”, – deyə məlumatda qeyd edilib.