Artsax Respublikasının dövlət naziri Artak Beqlaryan öz "Facebook" səhifəsində Artsaxın statusu və münaqişənin həlli ilə bağlı məsələlərə toxunaraq paylaşım edib.
“1. Artsaxın gələcəyi ilə bağlı həlledici məsələləri ilk növbədə Artsax erməniləri həll etməlidir, erməni milləti və Ana Ermənistan üçün Artsaxın müstəsna əhəmiyyəti nəzərə alınmaqla burada bütün erməni xalqının rolu da vacibdir.
2. Azərbaycan-Artsax münaqişəsi müstəqilliyin beynəlxalq səviyyədə tanınmasına nail olmaq məqsədi ilə Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun tam həyata keçirilməsi və tanınması əsasında həll edilməlidir.
3. Azərbaycan daxilində hər hansı status qəbuledilməz və qeyri-mümkündür, çünki:
• Tarixən Artsax müstəsna olaraq erməni xalqının vətənidir və azərbaycanlılar tarixi saxtalaşdırmaqla vətənimizi qəsb edə bilməzlər.
• Artsax xalqı azad və müstəqil dövlətə sahib olmağın tərəfdarı olaraq öz müqəddəratını təyin edib və taleyimizi həll edən də bizik.
• Ermənilərə qarşı çoxəsrlik Türkiyə-Azərbaycan soyqırımı siyasəti və xüsusilə də son onilliklərdə davam edən və artan ermənofobiya siyasəti sadəcə ontoloji olaraq Artsaxın Azərbaycanın bir hissəsi kimi hər hansı statusunu istisna edir.
4. İşğal olunmuş ərazilərimiz geri qaytarılmalı, köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar.
5. Artsax və Ana Ermənistanın bir-biri ilə birbaşa, etibarlı və suveren quru əlaqəsi olmalıdır.
6. Biz ağır qurbanlar bahasına əldə etdiyimiz dəyərlərimizi: dövlətçilik, milli ləyaqət və öz vətənimizdə yaşamaq və yaratmaq azadlığımızı qorumağa və müdafiə etməyə hazırıq.
7. Biz həmçinin bütün xalqların və dövlətlərin hüquq və ləyaqətinə hörmət prinsiplərinə əsaslanaraq, güc tətbiqini istisna etməklə regionun dinc və sabit inkişafına üstünlük veririk və buna hazırıq”.