Sentyabrın 15-də Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunur.
Dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan sərhədində son hərbi əməliyyatlar nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.
Dövlət katibi ABŞ-ın Ermənistan və Azərbaycana problemlərin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bir daha təsdiqlədi. O qeyd etdi ki, irəli getməyin yeganə yolu diplomatiyadır. Blinken bildirdi ki, bundan sonra bu məsələ ilə şəxsən məşğul olacaq.