Kreml ümid edir ki, KTMT-nin qrupu bu həftə Ermənistan-Azərbaycan sərhədində olacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu məsələ Rusiya və Azərbaycan prezidentlərinin görüşündə müzakirə olunacaq
"Bu həftə ümid edirik ki, KTMT-nin baş katibi Stanislav Zasın başçılıq etdiyi təftiş qrupu KTMT dövlət başçılarına hesabat hazırlamaq üçün sərhədə gedəcək.
Sabah isə Prezident Putin Əliyevlə görüşəcək, təbii ki, bu da gündəmin əsas mövzusu olacaq”, - deyə Peskov bildirib.