Sentyabrın 13-də KTMT dövlətlərinin rəhbərləri yekdilliklə bəyan etdilər ki, Ermənistanla Azərbaycan arasında mövcud problem siyasi-diplomatik üsullarla həll edilməlidir. Bunu brifinq zamanı KTMT-nın Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bildirib.
“Sadəcə onu demək istəyirəm ki, KTMT-nin iştirakı ilə nə sentyabrın 13-də, nə dünən, nə də bu gün hərbi gücdən istifadə haqqında söz olmayıb və məncə, yaxın gələcəkdə də olmayacaq. Tərəflər atəşkəs haqqında razılığa gəliblər, ümid edirik ki, bundan sonra proseslər sülh yolu ilə, silah və güc tətbiq edilmədən davam edəcək”, - Sidorov bildirib.