Ermənistan və Azərbaycan arasında hazırkı gərginliyə baxmayaraq, sülh sazişi üzrə işlər dayandırılmayıb. Bu vacib prioritetdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O xatırlatdı ki, İqor Xovayev sentyabrın 8-9-da Bakıda, sentyabrın 13-14-də isə Yerevanda olub.
“Danışıqların əsas mövzusu sülh sazişi layihəsi olub. Biz tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışırıq. Bu səylər davam edəcək”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Zaxarova qeyd etdi ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün əsaslar Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarıdır.
O ümid etdi ji, dünən əldə olunan atəşkəsə riayət olunacaq.