Ermənistan Respubliaksının Müdafiə Nazirliyi bildirdi ki, sentyabrın 13-dən 14-ə keçən gecə vəziyyət Ermənistan-Azərbaycan sərhədində gərgin oalraq qalıb. Xüsusən Jermuk istiqamətində düşmən PUA-lardan istifadə etdi.
Ötən gün başlanılan təcavüzün digər istiqamətində mühüm insident qeydə alınmamasına baxmayaraq, bu gün saat 08:00-dan başlayaraq düşmən artilleriya, minaatan və iriçaplı tüfənglərdən istifadə etməklə Jermuk və Verin Şorja istiqamətlərində hücumə yenidən başalyıb.
Ermənistan Respublikasının Silahlı Qüvvələri qarşısına qoyulan döyüş tapşırıqlarını tam şəkildə yerinə yetirməkdə davam edərək, adekvat cavab tədbirləri görür.
Faktiki olaraq, beynəlxalq ictimaiyyətin vəziyyətə aydın reaksiyasına baxmayaraq, Azərbaycanın hərbi-siyasi rəhbərliyi həm hərbi, həm də mülki infrastrukturları hədəfə alaraq Ermənistan Respublikasının suveren ərazisinə qarşı təcavüzkar hərəkətlərini davam etdirir.
Müdafiə Nazirliyi bildirdi ki, yaranmış vəziyyətin və onun gələcək inkişafının bütün məsuliyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.