Azərbaycanın Müdafiə Nazirliyi açıq yalanları davamlı şəkildə yaymaq üsuluna sadiq qalaraq sentyabrın 13-dən 14-nə keçən gecə ER SQ bölmələrinin Azərbaycan mövqelərini atəşə tutması ilə bağlı bəyanat yayıb.
Bu barədə ER MN-dən bildirilib.
“Artıq əmin olduğumuz kimi, bu, Ermənistan Respublikasının suveren ərazisinə hərbi təcavüzün həyata keçirilməsi üçün informasiya bazası rolunu oynayan növbəti dezinformasiyadır.
Qeyd olunduğu kimi, bu gecə Azərbaycan silahlı qüvvələri həm hərbi, həm də mülki infrastrukturu hədəfə alaraq hücum PUA-lardan istifadə edib, səhər saatlarından isə Cermuk və Verin Şorja istiqamətində yerləşən döyüş mövqelərini və sərhədyanı yaşayış məntəqələrini intensiv atəşə tutub.
Qarşı tərəf layiqli cavabı alır. ER Silahlı Qüvvələri qarşısına qoyulan döyüş tapşırıqlarını tam şəkildə yerinə yetirir.
Saat 12:00-a olan məlumata görə, təcavüzün digər istiqamətlərində atışmanın intensivliyi xeyli azalıb”,- məlumatda deyilir.